Təranə Məmməd : - İnsanı insana tanıdar  yağış...

YAZARLAR 10:33 / 03.01.2025 Baxış sayı: 769

Gah ayrılıq salar,

Gah qovuşdurar,

İnsanı insana tanıdar yağış...

1.Qız: Mən gedim. Yağış bərkidir.

Oğlan: Nə olsun bərkidir? Getmə.

Qız: Yox e, kosmetikam,saç düzümüm pozulur. Gedim. Hələlik.

2.Oğlan: Get,yağış yağır. İslanarsan. Saç düzümün,kosmetikan pozular.Mən də islanmaq istəməzdim. Kostyumum təzədir.

Qız: Heç nə olmaz. Pozular,yenidən yaparız!))Amma kostyumunun islanmağından narahatsansa, get.

3.Oğlan: Yaman yağış yağır. Amma görüşək eləmi?

Qız:Əlbəttə! Yağış neyləyəcək ki bizə?!

4. Biz evdən çıxanda bərk yağış yağırdı. Çətirimi açıb ikimizi də çətirlə yağışdan qorudum. Bir müddət söhbət edə-edə yol getdik.

Birdən, ikimiz də bir-birimizə baxıb güldük.

Yağış çoxdan yağmırdı. Biz isə hələ də çətirin altında addımlayırdıq.