Bəhram Bilaloğlu : - Səma çəkir cizgisin,
Səma çəkir cizgisin,
Torpağın üst qatında.
Yer öz oxun fırladır,
Çapa bilmir atın da.
Göydə axır ulduzu,
Quyruğun fələk kəsir.
Bitməyən diləklərin,
Ahı ürəkdə əsir.
Budanmayan ağaclar,
Özün bənzədir kola.
Tumurcuq bağlayandan,
Keçir kallanmış hala.
Səmanın öz qanunu,
Ruhu alır qoynuna.
Bəşər pozur günahla,
Rahı salır oyuna.
Eşqə çatan bəndələr,
Uca,müvəffəq olur.
Qibtə edən insanın,
Sonu əhli-həqq olur.