Saqif Qaratorpaq : - Çətini sevənəcəndi,
Çətini sevənəcəndi,
sevdinsə,bitmisən demək.
Daha qayğısız günlərə
sonuncu nöqtədi ürək.
Özün arxasan özünə,
ən sadiq dostundu kədər.
Götür bu dağı çiyninə,
daşı son mənzilə qədər.
Bir kimsə xəbər tutmasın,
Öz içində boynunu bük.
Oğurluq etmiş uşaq tək
qorxa-qorxa boylan,döyük.
Görüb qoşa gedənləri.
gizlicə köksünü ötür.
Bir ümidin işığına
aldan,bitənəcən ömür...