Şakir Xanhüseyn : - HƏBİBOĞLUNUN MÖVLUD GÜNÜNƏ...
bir zəng eləmir,
heç olmasa səsini görəm,
heç olmasa səsimi görə.
Hərdən səsi ilə
duram-oturam,
hərdən səsim ilə
dura-otura.
Mən onun səsinə bir çiyin vuram,
o mənim səsimə bir çiyin vura...
Möhkəm-möhkəm qucaqlaşaq səsimizlə,
əl tutuşaq,
deyək-gülək,danışaq səsimizlə...
Səsini görəm ki,biləm o odu,
səsimi görə ki,bilə mən mənəm...
Səsinin
gözünün içinə baxam,
səsimin
gözünün içinə baxa...
Səsini öpəm,
səsimi öpə.
Görsə ki,bir azca doluxsunmuşam
səsinin əlləri üzümü örtə...