Şahnaz Şahin : - Çarəsizəm...

Ədəbiyyat 17:49 / 03.01.2025 Baxış sayı: 1827

Bakı-Qroznı istiqamətində uçan təyyarənin vurulması nəticəsində həlak olmuş ekipaj üzvləri və sərnişinlərin xatirəsinə ithaf edirəmarəzizəm

Ah Lorka, Lorka,

sənin ən böyük arzun nə idi axı

bu qəhrəmanların yanında

Uzaqbaşı, gitaranla birlikdə

bir çay kənarında dəfn olunmaq,

və ya Narıncı bir meşədə,

bir çiçəyin yanında ölmək...

Bir sözlə Əsl romantika!

Onların isə düşünməyə nə vaxtı vardı,

nə zamanı

Hər yerdən və hər kəsdən əli üzülüb

göy üzündən yapışmışdılar

Sevdiyi misralar

ruhuna hakim kəsilmişdi kapitanın

"Çevrəsindən çıxsa əgər sevda fırfıran,

Bir ümidin ətəyindən tutub da flrlan"

demişdi axı nəhəng şair,

o da flrlanırdı özü də tək yox,

bir təyyarə dolusu adamla

Bir kişi göy üzündən

yer üzünə mesaj verirdi

"Çarəsizəm"

Yerdə boz qurd ulayır,

ulayır və göy üzünə

mesaj göndərirdi "çarəsizəm"...

Nə o kişini, nə də

Boz qurdu eşidən vardı!

Bir də deyirdin ki,

"ölsəm, flüger kimi küləyin istiqamətini göstərəcəm

damın üstündə..,

Susun mən öləndə...

" Onlar bütün dünyaya həqiqəti

göstərir indi,

Və hamı susur, Lorka...