Sabir Zəkullaoğlu : -  Möcüzə gözləyənləri anlamıram.

YAZARLAR 09:16 / 17.08.2025 Baxış sayı: 2375

ABŞ prezidenti Trampla Rusiya prezidenti Putinin görüşündən möcüzə gözləyən insanları anlaya bilmirəm.

Hətta peşəkar siyasətlə məşğul olan insanlar da bu görüşdən real nəticə, dünyaya sülh, əmin - amanlıq gələcəyini proqnozlaşdırırdılar.

Adam nə qədər sadəlövh olmalıdır ki, əsrlərdir özündən kiçik dövlətləri əzən, o dövlətlərin bütün varidatını talayıb öz xalqının rifahına yönəldən, əsas gəlir yerləri silah satmaqdan ibarət olan, uşaq, qadın, dinc insanları öldürməklə, konfliktlərə imza atmaqla tarix yazan bu iki imperialist dövlətlərdən sülh gözləyəsən.

Əslində ABŞ və Rusiya liderlərinin görüşü həyatın güzgüsü idi.

Bu iki super gücün dövlət başçılarının görüşündəki mənzərə zorun həmişə hörmətə layiq olduğunun ifadəsiydi.

Axı nəyə də olmasın?

Tarixin heç bir dönəmində güclülər mühakimə olunmayıb. Əksinə, onlara həmişə beyət olunub. Bu da tarixin diqtəsinə uyğun olan növbəti bir hadisə idi. Bu hadisənin fonunda mənim diqqətimi çəkən Azərbaycanın dövlət başçısı İlham Əliyevin Rusiyaya qarşı göstərdiyi dirəniş və cəsarətidir.

Mən bir vətəndaş olaraq İlham Əliyevin Putinə qarşı, açıq mətnlə, həm də sərt şəkildə dirsək göstərməsini çox yüksək qiymətləndirir və heyrət edirəm.

Hansı ki, Rusiya dövlətinin başçısı Vladimir Putini Alyaskada Trampın əl çalaraq, necə alqışlarla qarşıladığının hamımız şahidi olduq.

Odur ki, düşünürəm ya mənim bilmədiyim bir şeylər var, ya da gərçəkdən dövlət başçısı çox böyük risklərə imza atır.

Dünyanın ən böyük şər yuvası olan rus imperiyasına Hi tler keçən əsrin ortalarında son qoyacaqdı, həmən bu ABŞ - ın dəstəyi olmasaydı.

Görünən o ki, super güclər böyük planda dünyanı özlərinə tabe etmək üçün, sonda öz maraqları naminə bir - birlərini dəstəkləyirlər.