Onda yaylıqlar vardı – Xatirə Rəhimbəyli

Ədəbiyyat 07:15 / 13.09.2025 Baxış sayı: 2069

Onda yaylıqlar vardı –

üstdə qız şəkilləri.

Gözəl ala gözləri,

pambıq kimi əlləri...

 

Ordan pərvazlanardı

oğlanların xəyalı.

O qıza bənzəyərdi

gözəllərin camalı...

 

Ah, o hisslər hopurdu

tarixə varaq-varaq.

Tərtəmiz duyğulardan

kiablar qalaq-qalaq...

 

Hər şey nağıl kimiydi,

nağıldı, nağıl ancaq!

O yaylıq uçub gedib,

o duyğular qalacaq!

 

Göydən üç alma düşməz,

ürəyimz çəkilər.

 

Xatirəmiz, eşqimiz

o yaylığa bükülər...

Qara torpağa girməz,

uçar Tanrıya sarı.

 

Arxasınca boylan, bax,

dikəlsin başın barı...

Gözündə əksi qalsın,

yaylıq, qız şəkilləri...

 

 

 

 

 

Qəmli gözləri vardı,

pambıq kimi əlləri...