Əşrəf Veysəlli - “SARI BÜLBÜL”

Ədəbiyyat 07:30 / 08.12.2025 Baxış sayı: 159

 

Yar könlünü verdi xara,

Qəlbimizi çəkdi dara.

Mənim günüm oldu qara,

sənin köksün sarı, bülbül.

 

Ürəyimdə gül açdı qəm,

dodağımda dil açdı qəm.

Mən gözləri neyləyirəm,

görməyirsə yarı, bülbül?!

 

Dillərdədr adın- sanın,

nəğməlrdir ruhun, canın.

Oxu, oxu!-Tar çalanın

yandı barmaqları, bülbül.

 

Sən hər işi bilə- bilə,

dərdimizi çəkdin zilə.

Ürəyimi nəğmən ilə

gəl ovundur barı, bülbül.

 

Dilə- dişə düşdü adım,

istəyimə necə çatım?!..

Mən yarımdan yarımadım,

sən yarından yarı, bülbül.

1971- ci il.