NUR - yazdı Ələddin Əzim

Ədəbiyyat 09:12 / 13.04.2025 Baxış sayı: 873

 

Yıxılıb gecənin ayaqlarına,

Səni arzulayım, soraqlayımmı?

İllərdir bələdəm etibarına,

Ömrümü dünyanla, de bağlayımmı?

 

Qaranlıq qarşında çəkilər geri,

Bürünər nuruna bu kiçik hücrə.

Burda açacayıq, burda səhəri,

Çox həzin, ilahi duyğular içrə.

 

Sən şirin varlıqsan mələk donunda,

Həmişə, hər zaman mənə gərəksən.

Ay da, ylduzlar da sənin yanından

Qeyb olar, sən isə görünəcəksən.

 

...Bilmədim səhəri mən necə açdım,

Qaranlıq yox oldu, şam tək əridi.

Axır ki ruhumla ruhun qovuşdu,

Anladım, həqiqi məhəbbət nədir...