MƏHƏMMƏD FÜZULİ - SOR qəzəl

Ədəbiyyat 10:20 / 09.09.2025 Baxış sayı: 3667

 

Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor,

Zülali-zövq şövqün təşneyi-didar olandan sor.

 

Ləbin sirrin gəlib göftarə, məndən özgədən sorma,

Bu pünhan nüktəni bir vaqifi-əsrar olandan sor.

 

Gözü yaşlıların halın nə bilsin mərdümi-qafil,

Kəvakib seyrini şəb ta səhər bidar olandan sor.

 

Xəbərsiz olma fəttan gözlərin cövrün çəkənlərdən,

Xəbərsiz məstlər bidadını hüşyar olandan sor.

 

Qəmindən şəm tək yandım, səbadən sorma əhvalım,

Bu əhvalı şəbi-hicran mənimlə yar olandan sor.

 

Xərabi-cami-eşqəm, nərgisi-məstin bilir halım,

Xərabat əhlinin halini bir xummar olandan sor.

 

Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafil,

Füzuli, eşq zövqün, zövqi-eşqi var olandan sor.