Elnur Uğur Abdiyev : -  Sevgi

Ədəbiyyat 12:11 / 22.04.2025 Baxış sayı: 933

Bir yolçuyam yol gəlirəm,

Sağım sevgi,solum sevgi.

Gediləcək məndən sonra

Sabah adlı yolum-sevgi.

 

Dəryada ol suya ümid.

Dərəli yol suya ümid,

Səhrada yolçuya ümid

Bitən yaşıl kolum sevgi.

 

Ruhum fırtınadan doğar,

Gəldim, dünyaya hər bahar-

Harda həsrət yağışı var

Ora çətir olum,sevgi!