Kəramət : - BÜTÜN ÖLKƏLƏRƏ, XALQLARA  -UŞAQ PALTARLARI BAYRAĞINIZ OLSUN

Ədəbiyyat 13:43 / 12.08.2025 Baxış sayı: 2716

 

O gəiinin əllərini görürəm

barının o üzündə-

Zivədən paltar asan əllərini

zivəyə not düzür

Və...Və...

barmaqları,upuzun barmaqları

o notun üstdə gəzir

uşaq oyanmasın deyə

Adam barmaqları ucunda necə gəzirsə

....xatırlayıram

divarın-illərin o üzündə qalan uşaqlığımı

zivədəki paltarlar

səadət bayrağı kimi yellənir

külək də xoşbəxtdi,onda

(Səadət bayrağıdı zivədəki uşaq paltarları

hər yerdə,həmişə)

Zümzümə edir

o gəlinin barrmaqları

Günəş bathabatda

o barmaqlarda sökülür dan

Mən də

başqa səadətiylə

Xoşbəxt olanlardanam

Xatire