Kəramət : - Bir az Ucada Qal, Enmə, Endirmə

YAZARLAR 14:49 / 03.08.2025 Baxış sayı: 2359

 

...bu Meksikada təsadüfən-rastgələ çəkilən fotodu.

ÖZGÜVƏNİN FOTOSU.

Sadə və zəngin süfrə, nə yeyəcəyini, içəcəyini konkret olaraq bilən İnsan-Qadın..kimin nə düşünəcəyi umurunda deyil...

Biz gündəlik yaşamda olduğu kimi internet məkanında da özümüzdən başqa hər şeyi oynayırıq ki, hansı hoqqadan çıxaq ki, bəyənilək, hamının ortalama duyğularının tən ortasında fırlanaq.

Kiminsə, çoxluğun sevgisini, alqışını qazanmaq üçün roldan-rola girmək dünyanın ən rəzil işi.

Belə mənzərədə olmasa da özüm-özümlə üz-üzə oturmağı, ikinci badəyə də araq süzüb toqquşdurmağı sevirəm. Əvvəllər 2-3 adamlıq süfrə açar, kimsə ya gələr, ya gəlməzdi...Adamları çağırar, qonaqlayardım...hələ enerjisi tükənənlərə enerji verər, düşüncələrinin üfüqlərini də genişləndirərdim...

Özün-özünlə qalmaq küsgünlük deyil, Üstünlükdü, amma kimsədən deyil, adına "HƏYAT" deyilən aşağılıq yerdən.

Ya da heç bir səbəb-filan aramadan...