Kəmalə Abiyeva : - Qurtuluş
Ədəbiyyat
08:56 / 04.08.2025
Baxış sayı: 2239
Boğ içindəki nifrəti,
Hələ nifrətdən
xoşbəxt olan olmayıb.
Uzaq ol xəyanətdən,
hələ xəyanətdən
Xoşbəxt olan olmayıb.
Xoşbəxt ola bilmədiyin nə varsa
Şeytan əməlidi.
Qurtul onlardan.
Xilas ol içindəki şeytandan.
Xilas ol ki, xoşbəxliyi duyasan
Xoşbəxt olasan.