Kəmalə Abiyeva - KİM DEYİR Kİ

Ədəbiyyat 12:54 / 02.09.2025 Baxış sayı: 6682

 

Kim deyir ki, bu məhəbbət gecikib,

Kim deyir ki, səni sevmək günahdı?

Kim deyir ki, ayrılığın sonu yox,

Kim deyir ki, bu intizar nahaqdı?

Məhəbbətə bu “gecikmiş” adını

Kim qoyubdu, kim veribdi görəsən?

İllər boyu gözləyənlər çox olub

Gəlişini kim görübdür, görəsən?

Kim deyir ki, məhəbbət var gecikmiş?

Vaxt nə gərək sevilməyə, sevməyə.

Sevgiyə də vaxt sərhəddi qoyaraq

Vay o gündən vaxt tapmayaq sevməyə.

Axı sevgı könlümüzün baharı,

Nə vaxt gəlsə ömrümüzə bəzəkdir.

Ürək ki var məhəbbətə möhtacdı,

Hər vaxt, hər an ona sevgi gərəkdir.

Luna's