Kəmalə Abiyeva - Elə sevərsən

Ədəbiyyat 13:14 / 22.09.2025 Baxış sayı: 2227

 

İZELİMƏ

Elə sevirsən ki, elə sevirsən,

Sevgin sığmır nə sözə,

na baxışa, nəgözə.

Sevgi var ki, onsuz yasaya bilmirsən,

elə çox ki, daşıya bilmirsən.

Sığmır ruhuna, varlığına,

bu dünyanın darlığına.

Elə sevirsən.

Elə sevirsən ki, önündə çarəsizsən. gözündən bir damla düşsə,

dənizlər gözündən düsər.

Bir damlada boğularsan.

Təbəssümündə yenidən doğularsan.

Elə sevirsən!

Elə sevirsən ki, bu sevgindən kövrəlirsən.

Kövrəlirsən gözəlliyindən, əzizliyindən, təmizliyindən, ağlamaq, hayqırmaq istəyirsən xosbəxtliyindən.

Elə sevirsən, mən səni sevdiyim kimi.

Bütün nifrətlərə nifrət kimi,

Bütün sevgilərə heyrət kimi.

Elə sevirəm səni.

Sən bütün xəyanətlərin gedişi,

bütün namərdlərdən qurtuluşum.

Sən həyata, mövcudluğa toxunuşum.

Gözəlim,

Səninlə doğuldu bu sevgim, izelim.