İSMAYIL MƏRCANLI İMANZADƏ : - BƏSİMDİR

Ədəbiyyat 21:00 / 22.03.2025 Baxış sayı: 4469

 

Get, yaxşı yol, bir də sevsən hər kimi,

Qoy, sevincin şəfəq saçsın zər kimi.

Təkcə mənim ilk eşqimi sirr kimi-

Ömrün boyu saxlasan da bəsimdir.

 

Həsrətindən dodaqlarım çatlayıb,

Sızlayıram dizlərimi qatlayıb.

Xəyalında səddi keçib, adlayıb-

Hərdən məni yoxlasan da bəsimdir.

 

Sənsiz demə, bir yanıqlı dilmişəm,

Tənhalıq da göz yaşıymış-bilmişəm.

Eşitsən ki, həsrətindən ölmüşəm-

Bircə ağız ağlasan da bəsimdir...