İSMAYIL MƏRCANLI: - HEÇ VAXT QATLANMAYIB DİZİ ŞEİRİMİN

Ədəbiyyat 07:52 / 23.04.2025 Baxış sayı: 6299

 

Ruhuna-qanına hopmayıb yalan,

Yamanlıq görəndə yarpaqtək solan.

Gənclik çağlarımdan nişanə qalan,

Ülvi məhəbbətdir izi şerimin.

 

Su kimi durulub elə get-gedə,

Əzəldən sığınıb haqqa zirvədə.

Bilənlər-bilir ki heç vaxt, heç vədə,

Dostlardan dönməyib üzü şerimin.

 

Uğursuz bir eşqim gələndə dilə,

Axıb göz yaşları hey gilə-gilə...

Ata ocağımda dönsə də külə,

Qalıbdı bir qalam közü şeimin.

 

Nazını çəkibdir qarlı qışın da,

Cavandır hələ də... ahıl yaşında.

İsmayıl deyir ki söz savaşında,

Heç vaxt qatlanmayıb dizi şerimin...

22.04.2025