Aləmzər Sadiqqızı : - Aləmin inadına...

Dünya dolu adamdı,
Sənsiz bom-boşdu dünya...
Kiminə ağrı, acı,
Kiminə xoşdu dünya...
Gecə saatı qurdum,
Sənsizliyin vaxtına...
Oyanıb oturmuşam,
Yoxluğunun taxtına...
Nə sən varsan, nə kimsə,
Qəlb evimdə haray var...
Tikə-tikə sökdüyüm,
Ömür adlı saray var...
Atdım arzularımı,
Hər gecə Allah sarı...
Yerə yaralı düşdü,
Di gəl yaramı sarı...
Bacarsan mələyim ol,
Al məni qanadına...
Götür məni özumdən,
Aləmin inadına...
12.5.2025.