İsmayıl İmanzadə - DE, BƏLKƏ YERİNİ DAR ELƏMİŞƏM...

Ədəbiyyat 11:00 / 31.08.2025 Baxış sayı: 8124

MİRZƏ ƏLƏKBƏR SABİR BABA, YƏQİN SƏNİN DƏ YAXŞI YADINDADLR, DOĞMA YURD YERLƏRİMİZİ MƏCBURƏN TƏRK ELƏYİB PERİK DÜŞƏNDƏ, YURD AĞRI-ACILARIMIZIN HARAYINI ƏRŞƏ BÜLƏND ELƏMİŞDİK. O VAXTLAR BİR SIRA ŞƏRƏFSİZLƏR HƏR ADDIMDA KÖÇKÜNLƏR TORPAĞINI QOYUB QAÇIB, DƏYƏR-DƏYMƏZİNƏ ERMƏNİRƏ SATIB GƏLİBLƏP DEYİB,YARALARIMIZI QAYSAQLAMAĞA QOYMURDULAR

İNDİ KÖŞKÜN DOĞMA YURDUNA QAYITMAQ İSTƏMİR DEYƏN BAMBILILAR YURD HƏSRƏTİYLƏ YAŞAYAN ON MİNLƏRLƏ İNSANA ŞƏBƏDƏ QOŞURLAR. BELƏLƏRİ ANLAMAQ İSTƏMİRLƏR VƏDƏ ÇATANDA HEŞ KƏS DOĞMA EL-OBASINDAN İMTİNA ETMƏYƏCƏK. BİR SÖZLƏ HAMI (ELƏ MƏN ÖZÜM DƏ) ÖMÜR MÖHLƏT VERSƏ DOĞMA YURDUMU BAĞRIMIN BAŞINA BASACAĞAM

 

(HƏCV)

Bir damcı qalıbsa ağlın başında,

Bəs, niyə yanıldın ahıl yaşında?

Sənin kimisinin söz savaşında

Səsini batırıb xar eləmişəm!

 

Maskalı üzünü nə gizlət, nə dan,

Səni xəlq edibmiş belə, Yaradan.

Yurduma ürəkdən bağlıyam, nadan,

Bunu şeirimdə də car eləmişəm.

 

Hələ də üzümə açılmır səhər,

Başımı qatıram sözlə birtəhər.

De, bəlkə dədəndən qalıb bu şəhər,

De, bəlkə yerini dar eləmişəm?!

04.05.2025