İlqar Türkoğlunun "Qafqaz Evi" - ÖZƏL BAXIŞ

SİYASƏT 09:57 / 03.01.2025 Baxış sayı: 826

Dəyərli dostlar bilir ki, postlarımı tağ etməkdən uzağam. Bu yazım da istisna deyil. Sadəcə, fikirləriniz mənim üçün həm maraqlı, həm də önəmlidir..

XX əsrin əvvəllərində dövriyyəyə buraxılan "Qafqaz evi" ideyası əsrin sonunda yenidən gündəmə gəlmişdi. Həmin vaxtlar Yeltsin və Putinin Qafqazdakı zorakı siyasəti bu ideyanı beşiyində boğdu. Rusiya Ukrayna bataqlığına yuvarlanmasının nəticəsi olaraq, bir çox bölgələrdə mövqelərini itirməyə doğru gedir. Bu, Qafqazın cənubunda daha çox hiss olunur. Rusiya təsiri zəiflədikcə "Qafqaz evi" ideyasını bugünlərdə yenidən gündəmə gətirənlər var. Siyasətlə məşğul olanlar bu ideyanın batıdan gəlməsini, hər halda, bilməmiş deyillər. Çünki batı Qafqaza sahiblənmək üçün onun bütöv halda inteqrasiyasına nail olmaq istəyir. Gürcü və erməninin Azərbaycansız batıya can atmasını, eləcə də bu ideyanın da ikiüzlü qərb üçün həyata keçməsinin mümkünsüzlüyünü vurğulamaq istəyirəm. Bugün hadisələr o qədər sürətlə cərəyan edir ki, hər an əlində silah keşikdə durmalısan. "Qafqaz evi"nin mümkünsüzlüyünə qısaca aydınlıq gətirmək istəyirəm:

10-12 il əvvəl Gürcüstanın adını unutduğum dövlət naziri TV çıxışlarının birində "təkcə tarixçilər yox, antropoloqlar da bilir ki, gürcülər və ermənilər Qafqaza gəlmədilər", etirafında bulunmuşdu. Bu, məsələnin birinci tərəfi. İkincisi, ermənilər elə bir rüşeymdir ki, onlarla ev bir yana, heç toyuq hini də qurmaq mümkün deyil. Üçüncüsü, dünyanın ermənilərə verdikləri dəstəyin 10%-i çörəyi dizinin üstündə olan gürcülərə verilsəydi, Qafqazda daş üstə daş qalmazdı. Dördüncüsü, erməni və gürcülər türklərin tifaqını dağıtmaq, pozmaq üçün dünyanın qullandığı alətlərdi. Beşincisi, türklər özləri özlərinə qənim kəsilməsələr, kiçik hücrəni belə böyük evə, böyük birliyə çevirə bilərlər. Altıncısı, yad ideologiyalardan qurtulub TÜRK özünə dönməlidir. Yeddincisi, türkün böyüklüyü ondadır ki, bütün zamanlarda türklərlə birgə yaşayan azsaylı xalqlara qarşı ayrıseçkilik olunmayıb, hətta onların türklərdən daha çox imtiyazları olub. Türk qüdrətli olanda İNSANLIQ da, insani dəyərlər də ucada olacaq. Türk Dünyamız var olsun!

r:

21Siz, Zəka Vilayətoğlu, Ayaz Arabaçı və başqa 18 nəfər