Idris Babayev - TANI MƏN KİMƏM

Ədəbiyyat 11:42 / 03.09.2025 Baxış sayı: 2664

 

Oxşatma özünü bəy oğlu, bəyə,

Ağlayır el- oba gününə sənin.

Səni tanıyıram özündən yaxşı,

Bələdəm dabbaqda gönünə sənin,

Gözünü yaxşı aç, tanı mən kiməm,

Nə səsini qaldır, nə də inildə.

Tən ola bilməzsən sən mənə heç vaxt,

Allah ömür versə, sənə min il də.

Mən göydə ulduzu görürəm gündüz,

Tanıya bilirəm Ülkəri üzdən.

Sən 14 gecəlik ayı görmürsən.

Fərqimiz bax budur bir- birimizdən,

Papaqdır, satılır hər tində pula,

Sən də birin alıb keçirtdin başa.

Nə yaxşı, kişilik satılmır pula,

Yaşa oğraş kimi, bir az da yaşa!

İdris çox çəkilib darda sınağa,

Yaşayır, ölməyib, yeri bəllidir.

Göylərə çəkilib eradan əvvəl,

Sənin yaşın hələ indi əllidir.((

03.09.2025.