Gəlmə həyatıma, gəlmə sən Allah...

Ədəbiyyat 22:17 / 19.08.2025 Baxış sayı: 2649

 

Yenə nə tutmusan gözlərimin yaşına,

Gəlmə həyatıma, gəlmə sən Allah.

Çevir məni dərdlərimin başına,

Gəlmə həyatıma, gəlmə sən Allah.

 

Qorxuram bu odda əriyəm qar tək,

Söz-söhbət bürüyə hər yanı sar tək,

Tutma əllərimdən , tutma ki, yar tək...

Gəlmə həyatıma, gəlmə sən Allah...

 

Bir ömür yuxusu qaçan könlümə

Gecələr bir Allah açan könlümə,

Sənlə Ay işığı saçan könlumə,

Gəlmə həyatıma, gəlmə sən Allah.

 

Mən saçı ağaran uşaq misalı,

Ovutmaz ömrümü bu eşq masalı ,

Nə gücü qalıbdı, nə də macalı,

Gəlmə həyatıma, gəlmə sən Allah...

 

Bəlkə bu dunyanın mələk qızıyam,

Payızı gəlməyən bahar, yazyam,

Öldür bu Aləmi, öldür, razıyam...

Gəlmə həyatıma, gəlmə sən Allah!

19 8.2025.