Fəridə Ləman - Dilimə qurban olum!

Ədəbiyyat 12:56 / 04.08.2025 Baxış sayı: 2467

 

Min illərdi yol gələn,

Elimə qurban olum.

"Ana dilim" adlanan,

Dilimə qurban olum.

 

Bu dil səsim, nəfəsim,

Damarımda qanımdir.

Bu dil mənim varlığım,

Ürəyimdir, canımdır.

 

Bu dil pətəkli baldır,

Ona haram qatmayın.

Yox, bu dili yadların,

Yolu üstə atmayın.

 

Bir bax,sənə açmışam,

İki əlimi, Allah.

Qoru dillər içində,

Mənim dilimi, Allah!