Şakir Xanhüseyn: - bürün gecənin qaranlığına

Ədəbiyyat 10:27 / 14.03.2025 Baxış sayı: 470

***

bürün gecənin qaranlığına işıqlan,

yorulub yorğunluğunu al,

toxluğu öyrən ac qala-qala,

sev, qoy sənə nifrət etsinlər,

Lap elə üstündən keçib getsinlər...

kiminsə soyuqluğuna baxma,

bir xatirəni bağrına bas isitsin səni.

bil ki,

düşüb yıxıldığın yer

ən uca taxtındı, şahlanacaqsan,

bütün ucalıqlar sənin olacaq,

bütün ucalıqlar- quyu dibləri,

nəmli zirzəmilər, uçuq divarlar,

kədərlə, acıyla bəslənəcəksən-

günlərin xoş keçəcək

biri-birindən--

daha çox acılı

və ağrılı, sancılı,

onca xoşbəxt olacaq ki insanlar,

borc dərd alacaqlar çəkməyə;

həsrət qalmamaq üçün

odlu göz yaşları tökməyə, hə də...