Elnur Uğur Abdiyev : - DÜNYA...

Dünya -
Bu nazlı qarı,
Çox kişiləri yolundan elədi.
Hə, əzəlindən belədi;
Əbədə xatirədi bu gün!
Hər gün sabah üçün
Yaşayanlar yaşadı əslində o günü.
Dünya -
Bu nazlı qarı
Günahlandırmaz özünü.
Günah kişilərin kişiliyindədi,nədi?
Bu qarı dünyanın
Gözəlliyinə nəfsini qurban elədi.
Biri ümid kəsdi,
Biri damar!
Sonda qan axmadı,
Sevgi abortundan yarıda qırıldı yollar.
Dünya-
Bu nazlı qarı!
Elə oğulları
Uddu!
Hamı unutdu!
Təkcə unudulmayan bir yara qaldı,
O da hər gün bir az soyulur.