Emin PİRİDƏN  TARİXİ  GÜNƏ  ŞƏRH

Ədəbiyyat 09:49 / 09.08.2025 Baxış sayı: 4122

Sülhə aparan bu yolda kiminsə dəryada damla qədər rolu varsa, nə xoşbəxtdir. Bu fotoya isə ən gözəl şərh poeziyası körpə qəlbi qədər saf, pak olan Məmməd Arazın bu şeiri olar.

Əridib silahları

Biz marten sobasında,

Körpü yarada billik

Yerlə Mars arasında, --

Müharibə olmasa!

 

Yer min illik barını

Bircə gündə yetirər,

Alim ayı, ulduzu

Dartıb yerə gətirər, --

Müharibə olmasa!

 

General gözündə də

Bu hissi duyur adam:

“Tullayıb çinlərimi

Bir kənddə sədr olaram, --

Müharibə olmasa!”

 

Bəşərin qapısından

Vaxtsız ölüm gen düşər,

İnsanın saçlarına

Yüz yaşında dən düşər, --

Müharibə olmasa!

 

Sevənlər aləmində

Nə qəm, nə həsrət olar,

Bəşərin gülləsi -- söz,

Sözü -- məhəbbət olar --

Müharibə olmasa!