Emin  Piri - Bir az çətindi yaşamaq

Ədəbiyyat 10:29 / 07.09.2025 Baxış sayı: 1781

Bir az çətindi yaşamaq,

bir az asandı,

dərd çəkək.

Bir az yolüstü oturaq,

Allah yolunda xərc çəkək.

Ürəyin sızlar hardan?!

Orda o qızlar hardan?!

Yenə allahsızlardan,

Gedək bir az borc çəkək.

Kimisi filan-filandı,

kim fırladı,

kim dolandı.

Kim haqlıdı,

kim yalandı?!

Gedək

Allahnan mərc çəkək