Elnur Uğur : - Nifrətləri məhv edin...
Nifrətləri məhv edin,
Dünya sülhlə öyünsün.
Qanlıları əfv edin,
Qəlblər eşqlə döyünsün.
Kütlədin tamahları,
Bəsdir duyduq ahları,
Soyunsun günahları,
Sübhüm savab geyinsin.
Bəxtin qaranlığından,
Eşq varsa sıyrılar dan.
İnsan insanlığından,
Kaş zövq alsın, sevinsin.