Elnur Uğur : - Hər dəfə səni görəndə

Ədəbiyyat 09:49 / 10.08.2025 Baxış sayı: 11398

Hər dəfə səni görəndə

Gözlərim təzə açılmış kimi olur.

Təzədən görürəm dünyanı.

Təzədən sevirəm dünyanı.

Və anlayıram sevmək təkrar vurulmaqdır,

Vurulmaq duru olmaqdır.

Həyatda heç nə sənin kimi duru deyil,

Su anbarlarının suyu belə.

Hər gün səni görmək

Tanrının müjdəsidi bəndəsinə.

Hər dəfə səni görəndə

Hiss edirəm varam,

Ömür səhifənin ilk hərfini hər dəfə

Səni görəndə yazıram.

Səni görməyində qəlbimdən qara qanlar axır,

Sənsən həyatın müjdəçisi axı.

Hər dəfə səni görəndə

Sonu qalibiyyət olur içimdəki mənlə güləşin.

Hər dəfə səni görəndə

Özümü daha çox sevirəm, Günəşim.