Elnur  Uğur  Abdiyev : - Mənim hesab kitabımda...

Ədəbiyyat 17:08 / 18.04.2025 Baxış sayı: 1003

Mənim hesab kitabımda,

Bir vur bir cəmi ikidi.

Cəbrdə öyrəndiklərim,

Söylə, hansı gerçək idi?

 

Gedirəm bir yol, min dalan,

Addım at saxlan, daldalan.

Öndə və arxada qalan,

Həmin yol, həmin səkidi.

 

Hər şey həmindi əminəm,

Mən də əvvəlki həminəm.

İlahi, insan gəminəm,

Bayrağım sevgi şəklidi.