Elnur Uğur Abdiyev : - Hər sözdə yaşarır gözüm,

Hər sözdə yaşarır gözüm,
Sözü soğantək soyuram.
Hər heca üstə əsirəm,
Şeirə ürək qoyuram.
Hecam əsrlərin qəsri,
Sətrim haqlar min- min əsri.
Surətin məxrəcin kəsrin,
Tamdan natamam oyuram.
Ağlayır misramda adlar,
Doğmamsız, oxuyan yadlar.
Hərf- hərf inlər kaman, udlar,
Hər bənddə ahdan duyuram.
Mənəm də sözün heykəli,
Baxın eşqdən açıq əlim.
Ey mənim şeir sevgilim,
Sənlə hər gündən doyuram.