Əlizadə Nuri : - Sevgi də yanğındı elə

Dindirdim, dilim qurusun
Eşitmədi, kardı dünya
Qapısı açıq olsa da,
Örtülü bazardı dünya.
Özünə göy üzü seçdi
Mənə verdi xalıq, yeri.
Sevgi də yanğındı elə,
Ayrılıq da- yanıq yeri...
Dünya axı nəyimdi ki -
Dünya mənim nəyim deyil?
Əlimi göyə açmağım,
Nəsə istəməyim deyil...