Elnur Abdiyev - QƏZƏL ( Çalar)

Ədəbiyyat 12:37 / 24.07.2025 Baxış sayı: 851

Gələr dünyanın ilkindən,həmin xoş səs layla çalar,

Min rəng alar, bir rəngindən,ömür rəng-rəng,çalar-çalar.

 

Doğan dərdə zaman çarə,hər biçarə deyər,Yarəbb!

Vay o kəslər,küfr eyləyər dərdə,qəlbin şeytan çalar.

 

Dünya bir boş əyləncədi,namərdin qul qulluğunda,

Sifarişin verər namərd,hansı rəqsi istər,çalar.

 

Meydan geniş, söz açıqdır,hər bir arzum yarımçıqdır,

Şəkilçidir keçən ömrüm,bezmir kökdən çə-lər,ça-lar.

 

Artıq anla,bu gün Elnur ,dunya bir leş,sənsə quzğun,

Az pəncənlə əz dünyanı dönər olar ilan,çalar!