Əlirza HƏSRƏT - SİNƏSİNDƏ SAZ NAĞILDI

Ədəbiyyat 20:07 / 31.08.2025 Baxış sayı: 2149

 

(Görkəmli sənətkar,sevimli pedaqoq,"Baş sarı tell"i bir möcüzə Aşıq Fəzail Miskinlinin şərəfinə Fezail Miskinli)

Nə minbərdi,o nə kilsə,

Nəmərin verir kim gəlsə.

Şərəf,şöhrət hər məclisə,-

Aşıq Fəzailnən gəlir.

 

Sinəsində saz nağıldı,

Mizrab dəydi,sim dağıldı.

Hər sözü baldı,nağıldı,

Gör nə şirin dilnən gəlir.

 

...Əlirza,şax dur meydanda,

Sözün yaşasın cahanda.

Bizim aşığa hər yanda,-

Vəhy,-"Baş sarı tel"nən gəlir...