Əlirza HƏSRƏT : - OLSUN

Ədəbiyyat 09:10 / 03.08.2025 Baxış sayı: 2039

 

 

Gözəlliyin şah əsərim,

Dərdin mükafatım olsun.

Gəldim şeir duasıyla,-

Sənə salavatın olsun.

 

Ayna tutub dağ qarını,

Ağaclar töküb barını.

Tel-tel ayır saçlarını,-

Şeirim,bayatım olsun.

 

Durub hara basdım ayaq,

Yollar oldu mənə dayaq.

Gəl ölüm-ölüm oynayaq,

Bu son zarafatım olsun.