Əlirza HƏSRƏT : - GƏL AYRILIQ ÇƏKMƏYƏ
Ədəbiyyat
17:45 / 29.07.2025
Baxış sayı: 2901
Çətir tutdum səhrada,-
İzim qaldı arada.
Yağmaq olmaz burada,
Yağma buludum,gedək.
Eşq rəsmidir bu qübar,
Gözlərim qabar-qabar.
Solğun bir çiçəyim var,
Şehi bir udum,gedək.
Nəfəsin Göyə dəyə,
Hamı sənə baş əyə.
Gəl ayrılıq çəkməyə,-
Gedək umudum,gedək.