Əlirza Həsrət  - AYRILIQ İŞGƏNCƏ,SEVMƏK QADAĞA

Ədəbiyyat 08:54 / 04.08.2025 Baxış sayı: 2432

 

Gözüm su içmədi bu ayrılıqdan,

Bulud arxamızca göz yaşı atdı.

Oynadım sübhədək Dan ulduzuyla,

Səhər açılınca,bəxtim də yatdı.

 

Dumanı yubanmış dağa bax,dağa,

Ayrılıq işgəncə,sevmək qadağa.

Durub yer gəzirdim daldalanmağa,

Bir çiçək şehiylə başımı qatdı.

 

Bu eşq nəğməsini bir Qu oxuya,

Əlirza Həsrəti verə yuxuya.

Sərdim ürəyimi Günəşə,Aya,

Nə Ay gözdən itdi,nə Günəş batdı...