Ələsgər ƏLİOĞLU -GƏL GÖRÜM, GƏL GÖRÜM, ALAGÖZ YAĞIŞ

Ədəbiyyat 07:15 / 07.09.2025 Baxış sayı: 1892

 

Gəl görüm, gəl görüm, alagöz yağış,

Gətir çölə-düzə üzağlığı sən.

Qardan yarıtmadı bizi ötən qış,

Dənlə damla-damla quraqlığı sən.

Gəl görüm, gəl görüm, alagöz yağış,

Torpağın canına hop sıza-sıza.

Bağ-bağçadan yapış,

Çəməndən yapış,

Bənövşə donunda çıx qarşımışa.

Gəl görüm, gəl görüm, alagöz yağış,

 

Sən doğan günəşin gir qılığına.

Göylərdən əl götür, göylərdən yığış,

Dağların, daşların düş sorağına...

Gəl görüm, gəl görüm, alagöz yağış,

 

Sən yerə endilcə qalxır-qiymətin.

Susuz səhralara düşməsin qırış,

Bünövrəsini qoy bar-bərəkətin!

Gəl görüm, gəl görüm, alagöz yağış!..

26.03.2025