BUDU  yazdı Ramiz Rövşən

Ədəbiyyat 20:45 / 31.08.2025 Baxış sayı: 2155

İynəmiz var, sapımız yox,

Çömçəmiz var, qabımız yox,

Bağlamağa qapımız yox,

kilid budu, açar budu.

 

Hərə bir cür gün qazanar,

Kim uduzar, kim qazanar?

Kilidlənər darvazalar,

həyət budu, hasar budu.

 

Gün gələr əllidə, yüzdə

Bağlanar ağız da, göz də,

Kilidlənər ömrümüz də,

tabut budu, mismar budu!.