Bir köynək yaxın...

Maraqli 12:03 / 02.09.2025 Baxış sayı: 4162

 

Bu mövzuda Aleksandr Puşkinin də Natalya Qonçarovaya məhrəm bir şeiri var.

Gizlət gözlərini eynəyin altda,

Mən də bu sevgini qoy hələ danım.

Neçə xatirə var ürəyin altda,

Ərinin qolundan asılan xanım,

Ərindən bir köynək yaxınam sənə.

Vüsal bitirmədi bu eşq, neyləyək?

Dostluğa nə dersən, hərdən yazışaq.

Mənə dostluq göndər,

fevral gələndə

Sözlərin oduna hərdən qızışaq.

Əğyarın qolundan asılan xanım.

Aranı qarışıq görüb

sən necə

Üz qoydun üzümün üstə gizlicə?

Bir də heyran oldun cəsarətinə,

Qoy bir də alışım, qoy bir də yanım!

Gecikmiş sevginin qoy üzü dönsün,

Ərinin qolundan asılan xanım.

Bəyaz köynəyinin gül butaları,

Nə gözəl yaraşır yaxana sənin!

Üzümə üz qoydun...

Bəxtəvərlikdən

Az qala öldüm ki!

Ərinin qolundan asılan xanım,

Allaha and olsun, bu gün gördüm ki,

Ərindən bir köynək yaxınam sənə.

***

Yay qoyur ki, yaşayaq?..

Xatirələr baş-ayaq.

Bəlkə təzədən başlayaq,

Kim kimə daha yaxındı...

Əğyarın qolundan asılan xanım?

 

Dilimizə  çevirdi - Firidun Agazadə