Bəhruz Niftəliyev - Qırılıdınmı sən yenə...

Ədəbiyyat 07:40 / 17.04.2025 Baxış sayı: 822

Qırılıdınmı sən yenə eyni yerdən?

Soyuq da həminkidi, eyni yorğan.

Yormadan, yorulmadan sev dedim,

Bu yara mənimkidi, eyni yarğan.

 

Közümə göz tikib yağış da bu gün,

Yoxluğun qovrulur ağuşda bu gün.

Küləyə üz tutdum aparsın deyə

Qoxunu üstümdən… bağışla bu gün.

 

Ürək də sıxılır, qəfəs divarlar,

Boğulur, alanmır nəfəs divarlar.

Bağırır qorxular eşidən yoxdu,

Nə üsyanı duyur, nə səs divarlar.

 

Sənə od oldum mən, tüstümə neynim,

Üşüdün, düşündüm istimə neynim.

Tanrı da ömürlük atıbdı sanki,

Qarışqa yükünü üstümə neynim?

 

Dualar davalar sorağındasa,

Ümidlər uçurum qırağındasa,

Mən nəyə inanım, kimə güvənim?

İnsanlıq şeytanın qucağındasa!..

16.04.2025