Bəhruz Niftəliyev - Dərk etdikcə dərd edirəm səni

Ədəbiyyat 21:15 / 08.08.2025 Baxış sayı: 2308

Dərk etdikcə dərd edirəm səni,

Xəbərin də yoxdu ki,

Misqal-misqal

tərk edirəm səni!

Mən gedirəm, ay adam!

Mən gedirəm, əhv edirəm səni!

Nə vədə, nə vida

Gedirəm səssiz.

Çətin olmayacaq,

Uzağı ətrin qalmayacaq

yaxamda,

Uzağı əhdin düşəcək yadıma,

üzüləcəm.

Davam edəcəm dözənəcən.

Gözlərimi nəm yeyəcək,

Ürəyimi qəm yeyəcək,

Sonra düzələcəm,

Sonra düzələcəm!

07.08.2025

23:13