Bəhruz Niftəliyev : - BİR QƏDƏH GÜNAH

Ədəbiyyat 08:39 / 20.08.2025 Baxış sayı: 2096

 

Hərlənir bu yer üzü

Başım da ki bir yandan

Sözümə baxmır düzü.

Boş qədəh yellədirəm

Guya xəbərin yoxdu,

 

Bilmirsən yerlə birəm?

Mən səni istəmirəm,

Mən səni istəmirəm!

Bu sənə qiptəm idi,

 

Dedim ki getmə indi.

Dedim axı sus bir az,

Süz əzizm, süz bir az…

Gözləri şərab bilim,

 

Baxışını sənin dəm,

Öpümmü əllərindən,

Öpümmü əllərindən?

Daha incimirəm mən

 

Nə səndən, nə Tanrıdan

Şikayət də etmirəm

Ürəkdəki ağrıdan.

Qırmızı şərab bitib

 

Süzərsənmi ağından?

Keçərsənmi ruhumdan,

Keçərsənmi ağlımdan?

İçərsənmi bir qədəh,

 

Bir qədər günahımdan?

Mən səni istəmirəm,

Çıxıb get həyatımdan,

Yığış get həyatımdan!

20.08.2025