Bəhram Bilaloğlu : - Nazını çəkməkdən yorulmaram ki,
Nazını çəkməkdən yorulmaram ki,
Mənə iman verən,xoş əməllərin.
Xırda zərərin də,dəf edər könlüm,
Naqis adamların,zay təməllərin.
Elə yaşadır ki, bu iman məni,
Ruhum bağçalarda, dağlarda gəzir.
Görəndə bir hala,məyus oluram,
Varlılar kasıbın qəlbini əzir.
Bir yoldan,dalandan keçir hər kəsi,
Yaxşı olanı var,olmayanı var.
Kimin ki, qəlbində varsa İlahı,
Yığılsa min aləm,eyləməz ki, dar.
Neçə sınaqları ötürər insan,
Sınağın cavabı nidayla gələr.
Əcəl gələn yerdən,gələr ruzilər,
O həzrət əmriylə,ədayla gələr.