AYSEL ƏLİZADƏ YAZIR SƏN
·
Sən!
Sevgiyə sayğım
Sən
Sayğıya sevgim.
Sən...
Savaşım,
Sən
Barış sazişim.
Sən
Özümə gəlişim,
Sən
Özümdən gedişim.
Sən!
Ölsəm də yaşamağım...
Sən
Səhrada dayanacağım.
Sən
Yolumu azmışlığım...
Sən-Gücsüzlüyüm,
Sən-Ölçüsüzlüyüm,
Sən
Tutunacaqsız oluşum
Sən
Ağrılı gülüşüm.
Sən
Mənim olanım
Sən
Mənim olmayanım.
Sən
Var-gücüylə özlənə bilənim.
Sən
Səhrada sevənim.
Sən...
Özümlə sevişim.
Sən
Zamandan küsüşüm.
Sən
Başımdan çıxan ağlım.
Sən
Gəlmədən gedənim.
Sən-Özümə dediyim nağılım...
Sən-Tapıntım, itkim.
Sən
hardasan, ay itkin?