Ayaz Arabaçı : - YORULMUŞAM...

YAZARLAR 08:31 / 30.06.2025 Baxış sayı: 1054

 

Uzaq məsafələr mənasını itirib.

Əvvəllər uzaq məsafələrdə baş verən hadisələrin bizə gəlib yetişməsi həftələr, bəzən aylar sürürdü. İndi isə canlı yayımların, bildirişlərin, videoların və şəkillərin təqdim olunması bir an çəkir. Eyni anda o qədər hadisə və məlumat qəbul edirik ki,günü başa vurmağa vaxtımız və gücümüz qalmır. Bu günlərdə o qədər yükləndik ki..

Dünyada ard-arda baş verən dəhşətli hadisələr-müharibələr,daşqınlar,yanğınlar tükətdi bizi.Eləcə də Rusiyada baş verən qətliamlar.

Bir-birini sürətlə əvəz edən yeni hadisə və faciələrlə yüklənən beynimiz, özünü qorumaq məqsədilə həmin məlumatları daha sürətli "arxivləməyə" başlayır. Beləcə, yaddaşımızda hadisələr qısa müddət içində silinib gedir. Bu da bizdə hadisələrə qarşı biganəlik, onları tezbazar unutma, bir sözlə empati çatışmazlığı yaradır.

Məni bu məsələlər çox düşündürür və çox ağrıdır..

Təəssüf ki məsafələr fiziki baxımdan yaxınlaşdıqca, insanlar emosional və psixoloji baxımdan bir-birindən uzaqlaşır.

Qorumağa çalışaq-dəyərləri,insanlığı!!

 

 

Unimag

Reklam  ·