Arzu Ada  -  Bu tay da nədənsə bahar gecikirdi ...

YAZARLAR 09:57 / 03.04.2025 Baxış sayı: 1036

 

 

Arazın bu tayında nədənsə bahar gecikirdi. Şimaldan gələn ilıq hava necə gün idi Sə'di kişinin üzünü oxşamaqdan daha cox qarsaqlayıb yandırırdı

Tez tez ürəyini tutub yerə cökür ...əli ilə qara torpagı ovcunun icində dərin dərin qoxlayıb ciyərlərinə cəkir sonra acgözlüklə ..həsrətlə öz əli ilə tikdiyi evinə ...həyətinə baxırdı .

Ancaq hec cürə bu narahatcılıgın qaynagını özü ücün ayırd edə bilmirdi ..

...Yoldan beş altı atlının gəldiyini uzaqdan görüb əlini alnına dayayıb bir xeyli baxdı .

Gələn hökumət adamlarına oxşayırdı ..

...Xeyir olsun . ..deyib darvazaya cıxdı .

Gələnlər düz onun darvazasının önündə əyləndi .

Biri salamsız . kəlamsız atdan düşüb düz Sədi kişinin önündə dayandı

..Səhər tezdən kəndi tərk etməlisiz.

. . Səbəb ?

..Əmr belədir .

..Kimin əmri .?

Daha o barədə bir söz deyəmmənik .

Biz də əmr quluyuq..

Və gəldiyi kimi də gözdən itdilər

Bütün bunları eşidən Beyza iki əlini dizinə vurub

...Eviniz yıxılsın ..bizi də yurdumuzdan perik saldılar

...Bu kənddə ücüncü belə olay idi .

O biri iki ailəni də səssiz səmirsiz ocaqlarından beləcə clxarıb Şurəviyə yəni Arazın bu tayına göndərmişdilər .

Gecə hec kimin gözünə yuxu getmədi ..

Evlərə düşən qor tək bu evi qarsmırdı ...

Axşamdan ev dolub boşalırdı .

Hamı üzülürdü ..

Sədi kişi kəndin ən hörmətli adamı idi

Dul qadınları mal örüşünə qoymaz bunu sıra ilə kəndin cavanlarına tapşırardı

Özü qəssab olmaq cəhətincə kəsdiyi mal heyvanın ətindən bir kilo da olsa ayda bir dəfə yetimdar qadınların qapısına göndərərdi . .

Səhər darvaza döyüldü

Bu dəfə atın üstündə dünənki ajanın yanında

kəndin ən kasıb kusub adamlarından beş altı adam dayanmışdı ...

Sədi kişi diqqətlə onlara baxdı

Hamısı tanıdıqları idi

Gələnlər sanki günahkar adamlar kimi kişinin üzünə baxmır ..gözlərini gizlətməyə calışırdılar

Atlı pasiban də caşıb qalmışdı

Ləng tərpənən adamları tələsdirir

. . Dərbənin ..tez olun ...deyib ..bagırırdı

Beyza axşamdan ən vacib yüngül əşyalarını bogcalarda hazır eləmişdi .

Uşaqlar da bir birinə sıxılıb hec nə anlamadan sual dolu baxışları ilə atalarına baxırdılar .

Ataları dag cüssəsi ilə yenə məgrur dayanmışdı...

Gələnlər boxcaları arabalara daşımaga başladılar

Bu zaman Sədi kişinin gözü gələnlərin icində məlul məlul duran yetim Əsədə sataşdı

Ayaqqabısı cırıq olmaq cəhəti ilə su və palcıqlı dabanları görünürdü

Sədi kişi .

. ...Beyza.. get dünən aldıgım başmaqları bura gətir .

Beyza boxçanın burini aclb təzə başmaqları oradan cıxarıb ərinə verdi .

Sədi kişi təzə başmaqları Əsədin qənşərində yerə qoydu..

...Gey...!

Ada