Aqşin Yenisey : - Günümüzün ən yayğın anlayışlarından biri dekonstruksiyadır.

YAZARLAR 10:12 / 25.08.2025 Baxış sayı: 2029

 

Bu gün hər bir sahədə təməl ideyaların dekonsturksiyası baş verir. Siyasət, din, fəlsəfə, elm, sənət özünə aid strukturları "sökür".

Dekonstruksiya anlayışını dünyadan xəbərsiz adamlar var olanları uçurub-dağıtmaq kimi başa düşürlər. Halbuki dekonstruksiya, Derridanın sözləriylə desək, uçurub-dağıtmaq yox, strukturu təşkil edən qatları bir-birindən ayırmaqdır.

Dekonstruksiyanın məqsədi strukturun quruluşunun gizlədiyi həqiqətləri üzə çıxarmaqdır. Mikelancelonun etdiyi kimi, qaya parçasını yonaraq onun içində gizlətdiyi insana azadlıq verməkdir.

Ənənəvi siyasətin, dinin, sənətin, tarixin daşlaşmış strukturu artıq fuksionallığı itirib. İnsanlıq balaca uşaq marağıyla bu günə qədər oynayıb adiləşdirdiyi bütün anlayışları söküb içinə baxmaq istəyir.

Məsələn, bu anlayışlardan biri də tanrıdır. Günümüzün insan ağlını tanrının özü deyil, içi maraqlandırır. Nə var tanrının içində?

Nə var "Qara dəlik"lərin içində? Nə var günəşin içində? Nə var kvant zərrəciyinin içində? Və s.

Hər şeyin çölü artıq istismar olunub, adiləşib. İnsanlıq heç bir şeyin çölü ilə əlləşmir artıq, plastik gözəllərdən başqa.

Siyasətin, dinin, tarixin və s. dekonstruksiyası insanlığın universal marağıdır. İnsanın marağına qalib gələ bilən bir güc isə anasından olmayıb bu vaxtadək!