Adil Şirin -Kəpənək dalınca qaçan bir uşaq kimi...

Ədəbiyyat 13:35 / 31.08.2025 Baxış sayı: 1694

# # #

Kəpənək dalınca qaçan bir uşaq kimi,

Qaçıram mən ulduzların dalınca,

İçim sevdalara dolu.

 

Kəpənək dalınca qaçan bir uşaq kimi,

Qaçıram mən arzuların dalınca,

Çathaçatda yıxılıram üzüqoylu.

 

Kəpənək dalınca qaçan bir uşaq kimi,

Qaçıram mən buludların dalınca,

Götürüb aparmır məni buludlar...

Kəpənək dalınca qaçan bir uşaq kimi,

İlğımlarla ovuduram qəlbimi...